Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ölkə rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına görə Mərkəzi Banka (AMB) yeni formada təşkil edilmiş hesabat təqdim etməli olacaqlar.
Bu “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair heabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”da edilmiş dəyişikliklərlə əlaqədardır.
Artıq AMB ötən ilin son rübü üçün yeni hesabat formasını banklardan tələb edib. Bundan sonra isə hesabat aylıq əsasda veriləcəkdir və Mərkəzi Bank bu məqsədlə bankalrın proqram təminatında müvafiq uyğunlaşdırmanı təcili surətdə tələb edir.
bbn©