Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 10-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
AMB-nin saytına istinadən verilən məlumata görə, hərrac "Bloomberg" ticarət platformasında keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.