Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 29-da 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək. Bu haqda AMB-nin saytında məlumat verilib.
Hərrac "Bloomberg" ticarət platformasına keçiriləcək. Depozitlər üzrə faiz dərəcəsi 12,01-14,99 % arasında dəyişəcək.
Vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.