Azərbaycan Mərkəzi Bankı ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin sədri Əkrəm Həsənovun 2013-2016-cı illərdə Bankda audit aparılmaması barədə ittihamlarına münasibət bildirib.
FED.az xəbər verir ki, qurumun sədr müavini Alim Quliyev “Report”a açıqlamasında “Bank Standard”ın nəzarətdən kənarda qalmasını sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə izah edib: “Prezidentin sərəncamı ilə 2014-cü ildən yoxlamalar dayandırılmışdı. Ona görə də audit olmayıb”.
“Bank Standard”dan kreditlərin 41%-nin 0%-lə verilməsinə gəlincə isə A.Quliyev bu fikrə münasibət bildirməkdən imtina edib.
Buna da baxın: "Bank Standard"a görə məhkəmə veriləcək şəxslər – SİYAHI
Buna da baxın: Azərbaycanda 304 mln. manat kredit 0%-lə verilib