Mərkəzi Bank bank sektorunda sağlamlaşdırmanı bu ilin birinci yarısında tamamlayacaq.
FED.az xəbər verir ki, bunu bu gün faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Eləcə də bax: MB-nin 8 iclasında uçot dərəcəsi üzrə qərarına bazar - “ZƏİF" REAKSİYA VERİB
“Bank sektorunda zəifliklər var. Bunu reytinq agentliklərinin hesabatına baxsaz banklar barədə qiymətləndirmələrində də görə bilərsiz. Burada biz işlərin çoxunu baş çatdırmışıq, amma təəssüfki tam başa çatdıra bilməmişik. Bu günlərdə Mərkəzi Bank artıq özünün genişlənmiş mandatına görə, bu işlərlə çox ciddi məşğuldur. Əminəm ki biz cari ilin birinci yarısında bank sektorunda bu sağlamlaşdırma prosesini tam şəkildə başa çatdıracayıq”-deyə Elman Rüstəmov bildirib.