Bu ilin sentyabr ayının sonuna Azərbaycanın bank sektorunda struktur likvidlik profisiti 6,2 milyard manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.
Məcburi ehtiyat kimi saxlanılmalı vəsaitlər nəzərə alınmadan hesablanan göstərici ötən ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.
Struktur likvidlik profisiti Mərkəzi Bankın bank sistemi qarşısındakı öhdəlikləri ilə banklara tələbləri arasındakı fərqi əks etdirir.
AMB likvidliyin idarə edilməsində əsasən 7 günlük depozit əməliyyatlarından istifadə etdiyini bildirib. Sentyabrın sonuna bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı 66,4% olub.
Qeyd edək ki, əvvəlki açıqlamada avqustun sonuna struktur likvidlik profisiti 6,3 milyard manat, 7 günlük depozit əməliyyatlarının payı isə 70,8% göstərilmişdi.















