Almaniya iqtisadiyyatındakı geriləmə və bankların öz problemləri ölkənin ən byöük banklarının – «Commerzbank» və «Deutsche Bank»ın səhmlərinin qiymətini ucuzlaşdırıb.
FED.az xəbər verir ki, avqustun 15-də Frankfurt birjasında «Deutsche Bank»ın səhmləri -3,8% ucuzlaşaraq 5,85 avroya düşüb. Bu bankın səhmlərinin birjada satışa çıxarılmasından bəri tarixində ən aşağı qiymətdir. İndiki qiymətləri nəzərə alanda «Deutsche Bank»ın səhmləri 2007-ci ildə qeydə alıqnmış maksimum qiymətdən (118 dollar) az qala 20 dəfə aşağıdır. Doğrudur, həftə sonuna qiymətlər bir qədər artaraq 6,16 dollara yüksəlib. Amma bu da bir ay əvvəllə müqayisədə 14% azdır.
Almaniyanın digər böyük bankının «Commerzbank»ın səhmləri isə Frankfurt birjasınja 2,3% ucuzlaşaraq 4,72 avroya düşüb. Bu bankın tarixində ən aşağı qiymətdir.
«Deutshe Bank» və «Commerzbank»la bab verən prosaslər Avropanın bank sektorundakı problemlər təkcə 2008-ci il qlobal böhran deyil, həm də 2012-ci ildə Avropadakı borc böhranının təsirləridir.
Hazırda isə Almaniyanın maliyyə sektoru böyük çətinliklərlə üzləşib – ölkədə bank dərəcələri mənfiyə düşüb. Avqustun 15-də Almaniyanın 30 illik dövlət istiqrazları üzrə gəlirlilik rekord dərəcədə aşağı düşüb – mənfi 0,232%.