Dünyanın aparıcı reytinq agentliyi olan «Moody's» Almaniyanın bank sistemi ilə bağlı proqnozunu «sabit»dən «neqativ»ə keçirib.
FED.az xəbər verir ki, «Moody's»dən verilən açıqlamada bildirilir ki, Almaniyada faizlərin aşağı olması, bankların gəlirlərini və kredit qabiliyyətini azaldır. Agentlik gözləyir ki, qarşıdakı dövrdə faizlərin düşməsi nəticəsində bankların gəlirləri daha da azalacaq.
Eləcə də bax: Avropanın ən böyük iqtisadiyyatı olan ölkənin maliyyə göstəriciləri kiçilib
Bankların durumuna Almaniyanın özünün iqtisadi vəziyyəti də təsir edir. Beynəlxalq iqtisadi böhran səbəbindən Almaniyada bu il 0,6%, 2020-də isə 1% iqtisadi artım gözlənilir. Bura Almaniyanın əsas iqtisadi sahələri olan avtomobil, kimya, emal və sair aiddir.