Azərbaycanda kartlarla həyata keçirilən təmassız ödənişlərin sayı və həcmi on ayda müvafiq olaraq 3,9 dəfə və 6,3 dəfə artıb.
Eləcə də bax: Alim Quliyev: “Fintex şirkətləri bankların gəlirlərini azaldıb”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə V Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsallaşma yönümlü tədbirlər nəticəsində bu ilin on ayında kartlarla aparılan ödənişlərin həcmi illik 74% artaraq 8,6 mlrd. manata çatıb.
A. Quliyev onu da qeyd edib ki, banklar rəqəmsal transformasiyaya uyğunlaşmalıdır və bu sektora investisiyaları artırmalıdır. AMB rəsmisi əlavə edib ki, nağdsız ödənişlərin ümumi kartlara ödənişlərin həcmində payı 30%-ə çatır.