"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bank ötən ili 536,9 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 722,8 milyon manat məbləğində aktivlərin 1,6%-i qədərdir.
Eləcə də bax: Aktivlərindən daha səmərəli istifadə edən banklar - SİYAHI
FED.az məlumat verir ki, ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2019-cu ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 6,4%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 17-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Express Bank" ASC tutub. Bu bank ötən il aktivlərinin 5,6%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 29 bank arasında 8-ci yerdə qərarlaşıb.
Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 3,3%-lik göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" və "Kapital Bank" ASC-lər sahib olub. Bu banklar aktivlərinin məbləğinə görə, ölkədə müvafiq olaraq 1-ci və 3-cüdür.
Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-3,1% arasında dəyişir.
Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 16,8%-i qədər zərərlə üzləşib.
№ |
Bankın adı |
Bankın illik mənfəətinin / zərərinin aktivlərinə nisbəti |
1 |
Bank of Baku |
6,4% |
2 |
Express Bank |
5,6% |
3 |
Azərbaycan Beynəlxalq Bankı |
3,3% |
4 |
Kapital Bank |
3,3% |
5 |
Bank Avrasiya |
3,1% |
6 |
Unibank |
3,0% |
7 |
Bank VTB Azərbaycan |
3,0% |
8 |
Naxçıvan Bank |
2,2% |
9 |
Bank BTB |
2,2% |
10 |
Rabitəbank |
1,5% |
11 |
Bank Respublika |
1,4% |
12 |
Premium Bank |
1,4% |
13 |
PAŞA Bank |
1,4% |
14 |
Xalq Bank |
1,4% |
15 |
Zıraat Bank Azərbaycan |
1,2% |
16 |
AFB Bank |
1,1% |
17 |
Günay Bank |
1,0% |
18 |
Yapı Kredi Bank Azərbaycan |
0,9% |
19 |
Azərbaycan Sənaye Bankı |
0,8% |
20 |
NBC Bank |
0,4% |
21 |
Azər-Türk Bank |
0,2% |
22 |
Turan Bank |
0,1% |
23 |
Yelo Bank |
0,0% |
24 |
AGBank |
-0,5% |
25 |
Muğan Bank |
-1,3% |
26 |
Pakistan Milli Bankı - Bakı |
-3,9% |
27 |
Amrah Bank |
-5,3% |
28 |
Access Bank |
-10,0% |
29 |
İran Milli Bankı - Bakı |
-16,8% |
30 |
Atabank |
Açıqlamayıb |
Renkinq