“Pakistan Milli Bank” (Bakı Filialı) 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az bankın “Mənfəət və Zərər” hesabatına əsasən bildirir ki, hesabat dövründə bankın faiz gəlirləri 635 min manat, faiz xərcləri 2 min manat olub. Sonda xalis faiz gəlirləri ötənilə nisbətən 23,46% azalaraq 633 min manat olub.
Hesabat dövründə qeyri-faiz gəlirləri 63 min manat, qeyri-faiz xərcləri 810 min manat olub və beləliklə bankın hesabat dövründə xalis əməliyyat zərəri 114 min 310 manat olub. Bankın aktivlər üzrə mümkün zərərələrin ödənilməsi üçün ayırdığı 116 min 900 manat nəticəsində bank dövrü mənfəətlə tamamlayıb.
Eləcə də bax: “Expressbank” 2018-də bazarda mövqeyini daha da gücləndirib
Yekunda bank 2018-ci ili 2 min 590 manat mənfəətlə başa vurub. Xatırladaq ki, bank 2017-ci ili 105 min manat zərərlə başa vurmuşdu.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın 2018-ci ildə cəmi aktivləri ötən ilə nisbətən 1,18% azalaraq 11 mln 543 min manat, cəmi kapital 0,71% azalaraq 10 mln 140 min manata enib.
Kredir portfeli 1 ildə 41,44% azalaraq 1mln 303 min manata enib.
Bankın "Balans" və "Mənfəət və Zərər" hesabatı