Bank sektorunun 31 iyul 2017-ci il tarixinə olan icmal göstəriciləri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından FED.az-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29,708.5 milyon manat, cəmi öhdəlikləri 26,872.0 milyon manat təşkil etmişdir. Sektorun balans kapitalı 2,836.5 milyon manatdır. Əhalinin əmanətləri 6,834.1 milyon manat həcmindədir.
Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, ATM-lərin sayı 2,505-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,123 nəfər təşkil edir.
FED.az icmalın əks olunduğu cədvəli sizə təqdim edir.
İCMAL
Aktivlər 29,7 mln., öhdəliklər 26,8 mln., balans kapitalı 2,8 mln. manat təşkil edir İCMAL-STATİSTİKA
14:05
7 Sen 2017