2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 113,1 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 102,8 dəfə çoxdur.
Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, avqust ayında AİF-in agent bankları tərəfindən 19,8 mln. manat məbləğində ipoteka krediti verilib, bu da 2017-ci ildə ən yüksək ay göstəricisidir.
AMB-nin məlumatına görə, yanvar-avqust aylarında fond 47 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (artım 54,1%).
Hesabat dövründə AİF 135 mln. manat məbləğində istiqraz yerləşdirib (2016-cı ilin yanvar-avqust aylarında istiqraz yerləşdirilməyib – İF).
Yanvar-avqust aylarında AİF sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 31,1 mln. manat, avqust ayında 2,3 mln. manat alıb.
İnterfax©