Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan arasında 20 illik tərəfdaşlıq dövründə ölkəyə 5 milyard dollar yardım edilib.
FED.az xəbər verir ki, Azərbaycana ayrılmış kreditlər, qrantlar və yardımların cəmi 1 sentyabr 2019 tarixinə, toplam 82 layihə üzrə olub.
Eləcə də bax:Asiya İnkişaf Bankına yeni - RƏHBƏR SEÇİLİB
Azəbaycana ayrılmış vəsaitin 1,9 milyard dolları energetika, 1,4 milyard dolları nəqliyyat, 1 milyard dolları dövlət sektorunun idarə edilməsi, 583 milyonu su təchizatı, digər şəhər infrastrukturu və xidmətlərinə, 214 milyonu maliyyə sektoruna, 1,2 milyonu kənd təsərrüfatı, təbii ehtiyatlar və kənd ərazilərinin inkişafına, 0,6 milyon isə səhiyyəyə ayrılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan və Asiya İnkişaf Bankının tərəfdaşlığına 1999-cu ildən başlayıb.