Azərbaycanda bankların ümumi sağlamlığı böhrandan sonra müəyyən qədər yaxşılaşıb.
FED.az xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının rəy sorğusu əsasında hazırladığı “Aİ və Azərbaycanda Biznes Mühiti-2019” hesabatında bildirilir.
ELƏCƏ DƏ BAX: Banka gəlmədən də xidmət - ALACAQLAR
Hesabata əsasən, bununla belə, beynəlxalq reytinq agentliklərinin də vurğuladığı kimi sektor hələ də olduqca zəifdir və potensial xarici şoklara qarşı həssasdır. Bundan əlavə özəl sektorun kreditləşməsi gözləniləndən daha aşağı səviyyədədir. Sektor rəqabətədavamlı deyil, pərakəndə halddadır və iqtisadiyyatın həcmi ilə müqayisədə olduqca kiçikdir. Azərbaycan hələ də qeyri-işlək kreditlərin həcminin çox olmasından əziyyət çəkir.