“Bank of Baku” ASC-də Məhsulların idarə edilməsi departamentinin rəhbəri Nərmin Hüseynzadə (Əliyeva) vəzifəsini tərk edib.
FED.az xəbər verir ki, bu barədə Banker.az-a banka yaxın mənbə bildirir.
Eləcə də bax: "AFB Bank"-ın sabiq əməkdaşı "Bank of Baku"-ya təyinat aldı
O, bu bankdakı 16 illik müddətdə çalışıb. 2009-cu ilə qədər şöbə müdri, 2017-ci ilə qədər isə Biznes prosesləri departamentinin direktoru və bu günə qədər isə yuxarıda qeyd etdiyimiz departamentə rəhbərlik edirdi.
Bankir xanım, bundan əlavə “Agile Azerbaijan” cəmiyyətinin yaradıcısıdır və 2018-ci ildə təsis edib. Həmçinin individual olaraq da koçinq fəaliyyəti ilə məşğuldur.
Hələki hansı bir təşkilatı növbəti iş yeri kimi seçəcəyi məlum deyil.