“AGBank”ın səhmdarlarının sayı dəyişməyib. FED.az xəbər verir ki, son bir ildə bankın səhmdarlarının sayı olduğu kimi qalıb.
Belə ki, hazırda “AGBank”ın fiziki şəxs olan səhmdarlarının sayı - 60, hüquqi şəxs olan səhmdarlarının sayı isə 22-dir.
Eləcə də bax: “AGBank”ın depozit portfeli - 222 MLN MANATI KEÇİB
Qeyd edək ki, “AGBank” ölkədə ən çox səhmdarı olan 3 bankdan biridir. Bankın 82 səhmdarı var.
Xatırladaq ki, bank bu ilin birinci yarısında 897 min manat xalis zərər edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə azdır.
Bu ilin birinci yarısında bank müştərilərə 77,8 milyon manat kredit verib. Cari ilin ilk 6-ayında fiziki şəxslərin bankdakı depozitləri 17,9 milyon manat və ya 42% artaraq 60 milyon 434 min manat təşkil edib.