7 iyun 2019-cu il tarixində saat 10.00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə İdarə Heyətinin 2018-ci il üzrə hesabatı, audit Komitəsinin hesabatı, bankın maliyyə nəticələrinin təsdiq edilməsi, bankın nizamnaməsinə dəyişiklərin təsdiq edilməsi (nizamnamə kapitalının artması və “Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar), bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi və bankın İdarəetmə Orqanlarının əsasnamələrinin təsdiq edilməsi (“Banklar haqqında” AR qanununda edilmiş dəyişiklər ilə əlaqədar) məsələləri daxil edilib.
“AGBank”ın səhmdarları toplaşır - İCLAS
09:19
3 Aprel 2019