“AGBank”ın maliyyə vəziyyəti məlum olub.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az- bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə bank 2 milyon 123 min manat zərər edib. Halbuki, 2018-ci ildə “AGBank” 5 milyon 368 min manat mənfəət əldə etmişdi.
Eləcə də bax: "AGBank" "Microsoft"un audit yoxlamasından – UĞURLA KEÇİB
2019-cu ildə bakın faiz gəlirləri 13 milyon 064 min manat, faiz xərcləri 17 milyon 513 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın faiz gəlirləri 4 milyon 528 min manat və ya 25,7% azalıb. Faiz xərcləri 987 min manat və ya 5,9% artıb. 2018-ci ildə bankın faiz gəlirləri 17 milyon 592 min manat, faiz xərcləri 16 milyon 526 min manat təşkil edib.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 31 milyon 064 min manat , qeyri-faiz xərcləri 34 milyon 845 min manat təşkil edib. 2018-ci illə müqayisədə bankın qeyri-faiz gəlirləri 3 milyon 436 min manat və ya 9,9% azalıb, qeyri-faiz xərcləri 753 min manat və ya 2,2% artıb. 2018-ci ildə bankın qeyri-faiz gəlirləri 34 milyon 499 min manat, qeyri-faiz xərcləri 34 milyon 091 min manat təşkil edib.
Bank 8 milyon 230 min manatlıq əməliyyat zərəri edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 6 milyon 107 min manat geri çəkdiyindən bankın zərəri 2 milyon 123 min manata enib.
2019-cu ildə “AGBank”ın aktivləri 454 milyon 531 min manat təşkil edib. Bu məbləğ 2018-ci illə müqayisədə 41 milyon 664 min manat və ya 8,3% azdır. 2018-ci ildə bankın aktivləri 496 milyon 194 min manat təşkil edib.
Bank aktivlərindən 222 milyon 998 min manat kredit verib ki, bu da 2018-ci illə müqayisədə 22 milyon 697 min manat və ya 9,2% azdır.
Bankın 2018-ci illə müqayisədə 2019-cu ildə öhdəlikləri də azalıb. Belə ki, 2019-cu ildə bankın 404 milyon 559 min manat öhdəliyi olub ki, bu da 2018-ci illə müqayisədə 39 milyon 582 min manat və ya 8,9% azdır. 2018-ci ildə bankın öhdəlikləri 444 milyon 140 min manat təşkil edib.
“AGBank”ın 2019-cu ildə kapitalı 49 milyon 973 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 2 milyon 082 min manat və ya 3,9% azdır.