Avqustun 24-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AGBank” ASC-nin balansındakı 10 daşınar əmlak açıq hərraca çıxarılacaq.
"Deka Bank"ın daşınmaz əmlakının icarəyə verilməsi üzrə - HƏRRAC KEÇİRİLƏCƏK
Fonddan FED.az-a bildirilib ki, daşınar əmlakların ilkin satış qiyməti 10 min 135 manatdır. Hərrac addımı ilkin satış qiymətinin 3 faizi qədərdir. Satış qiymətinin 5 faizi həcmində beh hərrac tarixinə ən azı beş gün qalmış hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.
Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27.