Ölkənin ən iri və etibarlı banklarından biri olan "AGBank" daha 1 yeni bankomatını istifadəyə verib.
Bankın baş ofisindən FED.az saytına verilən məlumata görə, Bankomat Bakı şəhəri, Fatmayi qəsəbəsi, Fatmayi-Görədil yolunda, Lukoil YDM yaxınlığında müştərilərin istifadəsinə təqdim edilib.
Bankomatların sayına görə, "AGBank" Azərbaycanda fəaliyyət göstərən banklar sırasında 60 ATM ilə ilk sıralarda qərarlaşıb. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Məlumat üçün bildirək ki, "AGBank"ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.
Xatırladaq ki, "AGBank" hazırda 18 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən və 7/24 rejimində çalışan 60 bankomatla əhalinin xidmətindədir.
AGBank. Zəngin olmaq – haqqınızdır!
"AGBank" daha 1 bankomatını istifadəyə verdi - ATM SAYI 60-a ÇATDI!
10:09
30 Okt 2018