"AGBank"ın maliyyə vəziyyəti məlum olub. FED.az- xəbər veri ki, bu ilin yanvar-sentyabr aylarında bankın cəmi aktivləri 448 milyon 420 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39 milyon 370 min manat və ya 8,07% azadır.
Eləcə də bax:«Nikoil Bank» rübü müsbət göstəricilərlə başa vurub – RƏQƏMLƏR
2018-ci ilin 9 ayı ilə müqayisədə bu il bankın öhdəlikləri azalıb. Belə ki, ötən illə müqayisədə bankın öhdəlikləri 45 milyon 976 min manat və ya 10,34% azalaraq 398 milyon 619 min manat olub.
Bu il bankın cəmi kapitalı 49 milyon 800 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 605 min manat və ya 15,19% çoxdur.
"AGBank" bu il müştərilərinə 228 milyon 248 min manat kredit verib. Bu 2018-ci ilin yanvar-sentyabr ayı ilə müqayisədə 13,41% azdır.
Eləcə də bax:Bankların mənfəət, zərər - GÖSTƏRİCİLƏRİ - SİYAHI
"AGBank"ın 2018-ci illə müqayisədə Mərkəzi Bank qarşısında öhdəliyi 17,75% azalaraq 32 milyon 900 min manat təşkil edib.
Bu ilin 9 ayı ərzində “AGBank”ın gəlirləri 33 milyon 629 min manat, xərcləri isə 39 milyon 890 min manat xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 4 milyon 420 min manat təşkil edib. Bank ötən illə müqayisədə bu il zərərini 3 milyon 839 min manat və ya 62,70% azaldıb. Nəticədə bank 2 milyon 283 min manat zərər edib. Bu ötən ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə azdır. Belə ki, ötən ilin 9 ayının son nəticəsində bank 6 milyon 122 min manat zərər etmişdi.