11.01.2019 il tarixində "AGBank" ASC planlı profilaktik işlər və yeni daha mükəmməl sistemə keçidi həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
"Qeyd etmək istərdik ki, bütün işlər uğurla tamamlanıb və yeni texniki platforma müvəfəqiyyətlə istifadəyə verilmişdir.
Keçirilmiş işlərin məqsədi - yeni texniki platformanın Bank xidmətlərinin inkişafı, yenilənməsi və mükəmməlləşdirilməsi üçün potensial imkanların yaradılmasıdır.
Hər zaman müştərilərini və onların təlabatlarını düşünən "AGBank" durmadan yenilənir, inkişaf edir və zamanla addımlayır",- bankın məlumatında deyilir.