Lisenziyaları ləğv edilmiş AGBank və NBC Bank məhkəmənin 14.05.2020-ci il tarixili qərarı ilə müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib.
FED.az Mərkəzi Bankın elanına istinadən xəbər verir ki, əhalinin bu banklardakı qorunan əmanətlərinin ödənilməsi vaxtı və yeri barədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən məlumat veriləcəkdir.