"AGBank" və "NBC Bank"da aparılan analitik təhlillərin nəticələri haqqında tezliklə məlumat veriləcək".
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
"Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək", - deyə o, qeyd edib.