Azərbaycanın aparıcı banklarından “AGBank” əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomat istifadəyə verib.
Bankomat Bakı şəhəri, Fətəli xan Xoyski 38 ünvanında yerləşən "Gənclik Mall" ticarət mərkəzində quraşdırılaraq müştərilərin ixtiyarına verilib.
Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar sırasında hər zaman ilk sıralarda qərarlaşıb. Bankın mühüm prioritetlərindən biri fəaliyyət coğrafiyasını və hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə,Ağdaş, Şamaxı, Şirvan və Salyanda yerləşən 60 bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, cash in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.