AGBank bankomatlarını təhlükəsiz etməsi üçün yeni proqramla təmin edib.
Bankdan FED.az a verilən məlumata əsasən, bankda bankomatların proqram təminatında təkmilləşdirmə işləri aparıb. Həm AGBank-ın partnyorı olan və həm də Diebold Nixdorf tərəfindən avtorizə olunan BS2 şirkətinin, Azərbaycanda ilk dəfə olaraq, istifadəçilərin ehtiyaclarını nəzərə almaq şərti ilə təqdim etdiyi yeni proqram təminatı nəticəsində AGBank bankomatları indi daha təhlükəsiz və etibarlıdır.
Qeyd edək ki, bankomatların sayına görə AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında ilk sıralarda qərarlaşıb. Belə ki, hazırda bank Bakı, Sumqayıt, Gəncə, Ağdaş, Yevlax, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla xidmət göstərir.
AGBank bankomatlarını təhlükəsiz vəziyyətə gətirdi
13:12
20 Dek 2017