Azərbaycanın aparıcı banklarından olan AGBank ASC əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomatı istifadəyə verib.
Bankın baş ofisindən FED.az saytına verilən məlumata görə, bankomat Bakı şəhəri, Rasulzadə qəsəbəsi, 6-ci mikrorayon, Faiq Rüstəmov və Masud Davudoğlu küçələrin kəsişməsində, “İRON” 5* otelin önündə müştərilərin ixtiyarına verilmişdir.
Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb və hazırda 61 ATM ilə müştərilərinə xidmət verir. Bankın mühüm prioritetlərindən biri - fəaliyyət coğrafiyasını və hazırda Bakı və regionlarda 18 filial, 1 şöbə və çoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Məlumat üçün bildirək ki, AGBank-ın bankomatları vasitəsilə nağd pulun alınması, kart hesabı üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, Cash-in, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) və s. əməliyyatları aparmaq mümkündür.
AGBank. Zəngin olmaq-haqqınızdır!
AGBank ASC-nin bankomat şəbəkəsi daha da genişlənir!
16:45
3 May 2019