Azərbaycanın aparıcı banklarından olan “AGBank” ASC ölkəmizdə keçirilən tarixi təşəbbüsə qoşularaq – bu gün, dekabrın 6-da Azərbaycanın bütün regionlarını əhatə edən ağacəkmə kampaniyasında iştirak edir.
Eləcə də bax:“Gənc kimi çevik və operativ, yaşlı kimi təcrübəli bank” – AGBank 27 YAŞINDA - VİDEO
FED.az xəbər verir ki, ilk dəfə olaraq keçirilən bu kampaniya, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilir. Bu təşəbbüsə əsasən, ölkə tarixində ilk dəfə olaraq bir gündə ölkənin müxtəlif regionlarında 650 min ağacın əkilməsi nəzərdə tutulur.
Ölkənin aparıcı banklarından biri olan “AGBank” ASC bu kampaniyada öz işçi kollektivi ilə yaxından iştirak edib. Bankın kollektivi Yasamal rayonunda, 30 ağac əkib.
Qeyd edək ki, Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği və tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları iştirak edir.
AGBank. Zəngin olmaq-haqqınızdır.