Azərbaycanda bağlanmış 4 məlum bankın (“AGBank”, “Amrah Bank”, “Atabank” və “NBC Bank” ASC-lər) kredit portfeli 1 milyard 16 milyon manatdan çoxdur.
Eləcə də bax: "“AG Bank" üzrə heç kim əmanətini ala bilməyib, hər kəsə blok qoyulub”
FED.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, “Amrah Bank” 123,6 milyon manat, “Atabank” 414,4 milyon manat, “NBC Bank" 173,5 milyon manat, “AGBank” isə 305,4 milyon manat kredit portfelinə malikdir. (Report)