"AG Bank" ASC yenidən zərər açıqlayıb. FED.az xəbər verir ki, 2018-ci ilin 1-ci rübünü bank 3 milyon 223 min manat zərər edib. Halbu ki, 2017-ci ilin 1-ci rübündə “AG Bank”ın xalis zərəri 1 milyon 807 min manat təşkil etmişdi.
Hesabata əsasən, 31 Mart 2018-ci il tarixinə "AG Bank"ın faiz gəlirləri 4 milyon 949 min manat olub. Bunun 4 milyon 803 min manatı faiz xərclərinin ödənilməsinə yönəldilib. Nəticədə xalis faiz gəliri 145 min manat olub. qeyri-faiz gəlirləri 6 milyon 399 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 814 min manatdır. Nəticədə 2 milyon 268 min manatlıq əməliyyat zərəri yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsinə isə 952 min manat ayrıldığından bankın zərəri 3 milyon 223 min manata yüksəlib.
Bankın cəmi aktivləri 504 milyon 289 min manat, məcmu kapitalı 40 milyon 425 manat təşkil edib.