“AG Bank” ASC-nin fiziki şəxs olan səhmdarlarının sayı 60, hüquqi şəxs olan səhmdarlarının sayı isə 22-dir.
FED.az bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, Bankın kapitalında on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan yeganə səhmdarı Əsədullayev Çingizdir.
FED.az xəbər verir ki, 2018-ci ilin birinci yarısında Çingiz Əsədullayevin Bankın nizamanamə kapitalındakı payı 26.24%-dən 27.09%-ə yüksəlib.
Xəbər verdiyimiz kimi, Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 5,8 mln. manat məbləğində 2,9 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınmışdır.
Yeni səhm emissiyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 26 iyul 2018-ci il tarixində AZ1001000970 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Səhmlərın yerləşdirilməsi kütləvi təklif üsulu ilə Abunə yazılışı formasında “Unicapital İnvestsiya Şirkəti” ASC vasitəsi ilə Bakı Fond Birjasında satış qiyməti 2.00 (iki) manat olmaq şərti ilə həyata keçiriləcək.
Səhmlərin yerləşdirilməsinə abunə yazılışı 9 avqust 2018-ci il tarixində başlayır və 9 noyabr 2018-ci il tarixində yekunlaşır. Abunə yazılışında rezident investorlarla yanaşı qeyri-rezident investorlarda iştirak edə bilər.