“AGBank” ASC-nin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi məqsədi ilə Bankın menecmenti tərəfindən “Yol xəritəsi” işlənib-hazırlanıb.
Bu barədə FED.az saytına “AGBank”dan bildirilib.
Məlumatda deyilir ki, həmin sənəddə Bankın xərclərinin optimallaşdırılması, gəlirliyinin artırılması və digər maliyyə göstəricilərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər öz əksini tapıb.
"Bankın kapital dayanıqlığının artırılması məqsədilə 7 mln. manat məbləğində yeni səhm emisyyası həyata keçirilmiş və bundan 1,2 mln. manat artıq yerləşdirilmişdir. Yerləşdirilməyən 5,8 mln. manat məbləğində səhm emissiyasının ilin sonuna qədər yerləşdirilməsi nəzərdə tutulur. Kredit portfeli üzrə gəlirliyinin artırılması, faiz öhdəliklərinin azaldılması və problemli kreditlərin ödənişi istiqamətində görülən tədbirlər bankın məcmu kapitalının müəyyən edilmiş limitlər çərçivəsində saxlanılmasına imkan yaradır. Müqayisə üçün qeyd etmək istəyirik ki, cari ilin I rübünə nisbətdə bankın məcmu kapitalı II rübdə 2,6% artmışdır.
Əlavə olaraq onuda bildirmək istəyirik ki, bankın nizamnamə kapitalı son yerləşdirmədə sonra 103,4 mln. manat təşkil edir.
Bankın bazarı tərk etmək sualınıza cavab olaraq bildiririk ki, bankın menecmentinin gələcək planı “AG Bank”ı güclü, dayanıqlı və rəqabətqabiliyyətli müasir bank səviyyəsinə çatdırmaqdır" - deyə bankın açıqlamasında qeyd olunub.