AFB Bank “11 Fevral – Vergi xidməti işçilərinin peşə bayramı” münasibətilə bütün vergi işçilərini təbrik edir və yeni endirim kampaniyasına başlayır.
Kampaniya çərçivəsində AFB Bankdan kredit götürən Dövlət Vergi xidmətinin bütün əməkdaşları nağdlaşdırma komissiyasına 50% endirim əldə edəcəklər.
Mart ayının 1-nə qədər davam edəcək kampaniyanın şərtlərinə əsasən vergi işçilərinə 30.000 AZN-dək kredit illik faiz dərəcəsinə 2% endirim tətbiq edilməklə veriləcək.
Belə ki, müştərilər illik 14%-ə qədər endirilmiş krediti 48 aya qədər rahat ödəmə üstünlüyünü qazanacaqlar. Həmçinin, 30.000 AZN-dək krediti zaminsiz və sığorta haqqı tutulmadan, eyni zamanda növbəsiz və çevik rəsmiləşdirmə ilə əldə edəcəklər.
“AFB Bank”ın təqdim etdiyi “Vergi işçilərinə 50% endirim kampaniyası”ndan yararlanmaq üçün https://afb.az/vergi-iscilerine-50-endirim-kampaniyasi -dan onlayn sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.