“AFB Bank” hər birinizi düşünərək yeni tədris ilinin başlaması ilə əlaqədar “Libraff” şirkəti ilə əməkdaşlıq edərək möhtəşəm endirim kampaniyasına start verib.
Bankın baş ofisindən FED.az-a verilən məlumata görə, "AFB Bank"ın Premium kartlarını əldə etməklə dəftərxana və ofis ləvazimatlarının topdan və pərəkəndə satışı ilə məşğul olan "Libraff"dan endirim qazana bilərsiniz.
Həmçinin “Libraff” şirkətinin nəzdnində fəaliyyət göstərən “Stories Coffee” də eyni şərtlərlə kampaniyaya qoşulur.
Kampaniya çərçivəsində aşağıdakı endirimlər nəzərdə tutulub:
- MC Gold kart : 10% endirim
- MC Platinum : 15% endirim
- Visa Gold : 10% endirim
- Visa Platinum : 15% endirim
Qeyd edək ki, “AFB Bank” Premium kartlarının satış qiymətinə 85% endirim tətbiq edir.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətlər barədə daha ətraflı www.afb.az saytından, 1545 çağrı mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.