«AFB Bank» 2023-cü ilin 3-cü rübünü xalis mənfəətlə tamamlayıb.
FED.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 14% artaraq 14 milyon 925 min manat olub.
AFB Bankın faiz gəlirlərinin məbləğinin artması ilə yanaşı, gəlirlərin tərkibi də dəyişib. Belə ki, ötən il bankın fapiz gəlirlərinin 82%-i kredit portfelindən, yəni kreditlər üzrə faizlərdən daxil olmuşdu.
2023-cü ilin 9 aynıda isə bu nisbət dəyişib – bankın faiz gəlirlərinin cəmi 9,7 milyonu və ya 65%-i kredit faizləridir. Faiz gəlirlərinin 2 milyon manatı (13,4%) başqa banklarda yerləşdirilən əmanətlərdən daxil olub – bu gəlir maddəsi ötən illə müqayisədə 10 dəfə artıb. Faiz gəlirlərinin 2,8 milyon manatı (18,6%) isə qiymətli kağızlara yatırımlardan daxil olub. Bu maddədə 40% artım var.
Bu dövrdə bankın faiz xərcləri isə 76% artaraq 3,5 milyon manata yüksəlib. Faiz xərclərinin bir hissəsi 1,6 milyon manatı - banka yatırılan depozitlər üzrə ödənilən faizlərdir. Ötən illə müqayisədə bu sahədə 2 qat artım var. Faiz xərclərinin böyük hissəsi – 1 milyon 881 min manat isə bankın kreditləri üzrə ödənilən faizlərdir –70% artım.
Nəticədə 9 ayın yekununda bankın xalis faiz gəliri 11,4 milyon manat olub.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 6 milyon 356 min manat olub, bunun 5,9 milyon manatı haqq və komissiya gəlirləridir. Daha 1,4 milyon manat isə xarici valyuta ilə əməliyyatlardan daxil olub.
Yanvar-sentyabr aylarında «AFB Bank»ın qeyri-faiz xərcləri 2 milyon manat artaraq 13,4 milyon manata yüksəlib. Bunun 5,1 milyon manatı əməkhaqqı xərcləridir – ötən illə müqayisədə təqribən 10% artıb. İnzibati xərclər 470 min manat və ya 16% artaraq 3,42 milyon manata çatıb.
Nəticədə bank 9 ayı 4,3 milyon manat əməliyyat mənfəəti ilə başa vurub, ötən illərdən ehtiyata ayrılan 1,9 milyon manatın geri qaytarılması da əlavə ediləndə bankın vergidən əvvəlki və xalis mənfəəti 6 milyon 293 min manat olub.
2023-cü ilin ilk 9 ayında «AFB Bank»ın aktivləri ilin əvvəli ilə müqayisədə 22 milyon maat artaraq 304 milyon manata yüksəlib. Artımın əsas mənbəyi qiymətli kağızlara yatırımlardır – 24m milyon manat artaraq 42,6 milyon manata yüksəlib.
Bankın kredit portfeli demək olapr dəyişməz qalıb – 170 milyon manat, amma onun tərkibi dəyişib. İstehlak kreditləri 3 milyon manat artaraq 22 milyona yüksəlib, biznes kreditləri 90 milyon manat təşkil edib. İpoteka kreditlərində isə 7 milyon manat artım var – 57 milyon manatı keçib.
«AFB Bank»ın öhdəlikləri ilə bağlı vəziyyəti yaxşılaşıb – 199 milyondan 226 milyon manata qalxıb.
Bankda həm fiziki, həm də hüquqi şəxslərin depozitləri artıb – fiziki şəxslərin əmanətləri 2 dəfəyə yaxın artaraq 29,8 milyon manatdan 53,6 milyon manata, şirkətlərin depozitləri isə 30 milyon manat artaraq 146 milyon manata yüksəlib.
Üstəlik bu dövrdə bank öz borclarından 2 milyon manat qaytarıb və indi 70 milyon borcu qalıb.
Bankın kapitalı isə 78 milyon manat təşkil edib.