AFB Bank maliyyə bazarında mövqelərini möhkəmləndirərək əmanət və kredit istiqamətləri üzrə davamlı və balanslı inkişaf nümayiş etdirir.
FED.az xəbər verir ki, əmanət məhsulları üzrə yenilənmiş və daha çevik şərtlər müştərilərin Banka marağını əhəmiyyətli dərəcədə artırıb və cəlb olunan vəsaitlərin həcminə müsbət təsir göstərib.
Son 6 ay ərzində AFB Bank-da yeni əmanətçilərin sayı 80% artıb, ümumi əmanət portfelinin həcmi 237 milyon manata çatmışdır, bu isə Bankın təqdim etdiyi məhsulların bazar tələblərinə uyğunluğunu və müştərilərin uzunmüddətli etimadını əks etdirir.
AFB Bank müştərilərin müxtəlif maliyyə ehtiyaclarını nəzərə alaraq bir neçə əmanət məhsulu təqdim edir. “Müddətli Əmanət” məhsulu çərçivəsində müştərilər 12, 18, 24 və 36 ay müddətlər üzrə vəsaitlərini yerləşdirərək faizlərin aylıq və ya müddətin sonunda ödənilməsi şərti ilə illik 12%-dək gəlir əldə edə bilirlər. Bu məhsul stabil gəlir və kapitalın qorunmasına üstünlük verən müştərilər üçün nəzərdə tutulub.
Daha çevik idarəetmə imkanları təqdim edən “Sərbəst əmanət” məhsulu isə müştərilərə vəsaitlərini istənilən vaxt artırmaq və ya azaltmaq imkanı yaradır. 18 ay müddətinə, illik 7% gəlirlə və faizlərin aylıq ödənilməsi şərti ilə təqdim olunan bu məhsul sərbəstliyə önəm verən müştərilər üçün ideal seçimdir. Minimum əmanət məbləği 1 000 AZN təşkil edir.
Uzunmüddətli yığım və mərhələli kapital artımını hədəfləyən müştərilər üçün “Yığım əmanət” məhsulu təqdim olunur. Bu məhsul 12, 18, 24 və 36 ay müddətlər üzrə AZN və USD valyutalarında yerləşdirmə imkanı yaradır. Faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər, illik gəlirlilik isə AZN üzrə 10.5%-dək, USD üzrə 2%-dək təşkil edir. Minimum əmanət məbləği 100 AZN/USD olmaqla, vəsaitin istənilən vaxt artırılması imkanı da mövcuddur.
AFB Bank-ın maliyyə sabitliyi beynəlxalq səviyyədə də təsdiqlənib. Fitch Ratings beynəlxalq reytinq agentliyi Banka “B” uzunmüddətli emitent reytinqi (IDR) və “Stabil” proqnoz verib. Bu qiymətləndirmə Bankın adekvat kapitallaşması, kifayət qədər likvidlik ehtiyatları və sabit maliyyə göstəriciləri ilə əsaslandırılıb.
Hazırda AFB Bank ölkə üzrə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası müştəriyönümlü həllərin genişləndirilməsini, rəqəmsal xidmətlərin inkişafını və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılmasını hədəfləyir.




![AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında - [red]80% ARTIM![/red] | FED.az](upload/news/small/3581639.jpeg)
![AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında - [red]80% ARTIM![/red] | FED.az](upload/news/small/1695562.jpeg)







