Mayın 23-də Vergilər Nazirliyi "NH İnvestment" MMC-ni qeydiyyata alıb. Onun direktoru olan Hikmət İsmayılov Azərbaycanda sığorta şirkəti (Azsığorta) və bank (AFB Bank) sahibidir.
Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, yeni şirkətin hüquqi ünvanı "Capital Towers" biznes mərkəzində, "Gilan Holdinq" şirkətlər qrupunun qərargahında yerləşir.
"NH Investment" şirkətinin nizamnamə kapitalına rəmzi məbləğ - 10 manat qoyulub.