“AFB Bank”ın maliyyə vəziyyəti məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2019-cu ildə 6 milyon 244 min manat mənfəət əldə edib. Bu 2018-ci illə müqayisədə 15 milyon 410 min manat və ya 71,2% azdır. 2018-ci ildə bankı xalis mənfəəti 21 milyon 654 min manat olub.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
2019-cu ildə bankın faiz gəlirləri 28 milyon 855 min manat , faiz xərcləri 2 milyon 305 min manat təşkil edib. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın faiz gəlirləri 5 milyon 085 min 14,9%, faiz xərcləri 454 min manat və ya 16,4% azalıb.
Belə ki, 2018-ci ildə bankın faiz gəlirləri 33 milyon 938 min manat, faiz xərcləri 2 milyon 759 min manat təşkil edib.
2019-cu ildə bankın qeyri-faiz gəlirləri 11 milyon 399 min manat , qeyri-faiz xərcləri 20 milyon 964 min manat olub. 2018-ci illə müqayisədə 2019-cu ildə bankın qeyri-faiz gəlirləri 76,67 min manat və ya 0,6% artıb. Qeyri-faiz xərcləri isə 2 milyon 182 min manat və ya 9,4% azalıb.
2018-ci ildə bankın qeyri-faiz gəlirləri 11 milyon 323 min manat, qeyri-faiz xərcləri 23 milyon 146 min manat təşkil edib.
Bankın 16 milyon 986 min manatlıq əməliyyat mənfəəti olub ki, bu məbləğdən də 9 milyon 648 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb. Həmçinin 1 milyon 094 min manat mənfəət vergisi ödənilib. Yekun nəticədə bankın 6 milyon 244 min manat xalis mənfəəti yaranıb.