Azfinans Bankın (AFB Bank) vaxtı keçmiş kreditlərinin məbləği 89 milyon 494 min manatdır. FED.az xəbər verir ki, vaxtı keçmiş kreditlərin məcmu katala nisbəti isə 39,57 faizə çatıb.
Bankın məlumatına görə, qeyri-qənaətbəxş aktivlərin məbləği 858 min manat, təhlükəli aktivləri 26 min manat, ümidsiz aktivləri isə 67 milyon 896 min manat təşkil edir. Bu göstəricinin məcmu kapitala nisbəti isə az deyil: 30,2 faiz. Kreditlər üzrə bank ehtiyatlara 1 milyon 883 min manat, məqsədli ehtiyyatlara isə 68 milyon 921 min manat ayırıb.
Eləcə də bax: http://fed.az/az/news/read/38866
Qeyd edək ki, bu ilin birinci rübü üzrə müştərilərə verilən kreditlərin həcmi 226 milyon 164 min manat, bankın məcmu kapitalı 70 milyon 686 min manatdır.
AFB Bankın 67 milyonluq aktivinə ümid yoxdur
12:13
27 Aprel 2018