Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” bu dəfə Vergi xidməti işçiləri üçün xüsusi kampaniya elan edir.
Eləcə də bax: “AFB Bank” filiallarından birinin - ADINI DƏYİŞDİRİB
FED.az xəbər verir ki, 11 Fevral - Vergi xidməti işçilərinin peşə bayramı münasibətilə təşkil edilən kampaniya 06.02.2020 -14.02.2020 tarixlərini əhatə edəcək. Kampaniyanın şərtlərinə əsasən kreditin illik faiz dərəcəsinə 2% endirim ediləcək (minimum illik faiz dərəcəsi 16%), nağdlaşdırma komissiyası isə tələb olunmur. Qeyd edək ki, kreditin maksimum məbləğı 20 000 AZN təşkil edir.
Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.