Sosial yönümlü layihələrdə yaxından iştirak edən “AFB Bank” təhsilə dəstək vermək üçün yeni kredit məhsulu təqdim edir.
Bankdan FED.az-a verilən məlumata görə, yeni tədris ili öncəsi ödənişli təhsil alan tələbə, şagird və ya abituriyentin 1-ci dərəcəli ailə üzvlərinə, “AFB Bank” güzəştli şərtlərlə “Təhsil krediti” təklif edir.
Kredit həm ali , həm də orta məktəblərdə təhsilin ödənişi üçün nəzərdə tutulub. Habelə kredit orta-ixtisas və peşə-ixtisas məktəb tələbələrinin təhsil haqqlarının ödənişinə də yönəldilə bilər.
Kredit üzrə faiz dərəcəsi illik 17%, kreditin maksimal məbləği 20 000 manat, müddəti isə 12 ay təşkil edir. Həmçinin , 10 000 AZN-dək kredit zaminsiz verilir.
Təhsil kreditini “AFB Bank” ın rəsmi saytından online sifariş edə və ya filiallara yaxınlaşaraq əldə edə bilərsiniz. Həmçinin, 1545 çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.