Uğurlu biznesə gedən yol sadəcə böyük planlar qurmaqdan deyil eyni zamanda birlikdə irəliləyə biləcəyin güclü və etibarlı tərəfdaş tapmaqdan keçir!
Müştərilərə daim keyfiyyətli maliyyə xidmətləri göstərən “AFB Bank” etimad qazanaraq etibarlı tərəfdaşa çevrilmişdir. Missiyasını uğurla həyata keçirən “AFB Bank” kiçik, orta və iri biznes sahibləri üçün sərfəli şərtlərlə Sürətli Biznes krediti təklif edir. İş adamlarına kreditlər 300.000 AZN-ə qədər olmaqla, illik faiz dərəcəsi 12%-dən başlamaqla, 36 aya qədər müddətə təklif olunur.
Bankın təklif etdiyi kreditlərlərin ən böyük üstünlükləri isə, kreditin minimum sənədləşmə ilə ən qısa zamanda təqdim edilməsidir. Belə ki, bankın peşəkar mütəxəssisləri mimimum sənəd təqdim olunmaqla, sahibkarlara cəmi 1 gün ərzində böyük məbləğdə krediti rəsmiləşdirə bilirlər. Eyni zamanda, məbləğ 100.000 AZN-dək olduqda kreditə təminat tələb olunmur.
“AFB Bank” ın təqdim etdiyi Sürətli Biznes kreditindən yararlanmaq üçün https://afb.az/suretli-biznes-krediti online sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.
Daha ətraflı məlumatı www.afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 15 45 Çağrı Mərkəzinə zəng etməklə əldə edə bilərsiniz.