“AFB Bank”ın diqqət mərkəzində saxladığı sosial layihələrdən biri də Özünüməşğulluq Proqramıdır.
FED.az xəbər verir ki, bu proqram vasitəsilə aztəminatlı vətəndaşlara dəstəklər davam etdirilir.
2023-cü ilin əvvəlində “AFB Bank” tərəfindən 4 vətəndaşımıza “Avtotəmizləmə xidməti” biznesini qurmaq və inkişaf etdirmək üçün xüsusi avadanlıqlar təqdim olunub. Onlardan 2 nəfəri II Qarabağ müharibəsinin iştirakçıları Elnur Məmmədov və Gündüz Rəcəbov, digər 2 vətəndaşımız isə həssas əhali qrupundan Elvin Məmmədov və Natiq Verdiyevdir.
Qeyd edək ki, Özünüməşğulluq Proqramının əsas məqsədi aztəminatlı ailələrə, eləcə də həssas əhali qrupundan olan vətəndaşlara kiçik ailə bizneslərinin təməlini qoymaqda və ya mövcud bizneslərini inkişaf etdirməkdə köməklik etməkdir. Onlara biznesləri üçün faydalı olacaq avadanlıq, mal, material və digər əmlakın verilməsi kimi dəstəklər göstərilir.
“AFB Bank” indiyədək Bakı ilə yanaşı, bir sıra regionlarda fiziki məhdudiyyətli, şəhid, qazi və aztəminatlı ailələrdən olan şəxslərə bu istiqamətdə dəstəklər göstərib.
Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.
Məlumat üçün bildirək ki, hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” hazırda 7 filial, 4 şöbə ilə vətəndaşların xidmətindədir. Bankın göstərdiyi xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.