“AFB Bank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsindəki sosial layihələrdən daha birini uğurla sonlandırdı.
Bankdan FED.az-a verilən məlumata görə, bank Zəfər günü ərəfəsində Milli Hematologiya və Transfiziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə birgə “Talassemiyasız yaşam üçün” - “Qan ver, həyat qurtar!” şüarı altında Qanvermə aksiyası keçirdi. Bankın Mərkəzi ofisində baş tutan aksiyada həkim-hematoloqların nəzarəti ilə əməkdaşlardan qan götürüldü. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Hazırda 7 filial və 4 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan
“AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 Çağrı Mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.




![“AFB Bank”da “Talassemiyasız yaşam üçün” - “Qan ver, həyat qurtar!” şüarı altında - [red]Qanvermə Aksiyası Keçirilib![/red] | FED.az](upload/news/small/1612355.jpg)
![“AFB Bank”da “Talassemiyasız yaşam üçün” - “Qan ver, həyat qurtar!” şüarı altında - [red]Qanvermə Aksiyası Keçirilib![/red] | FED.az](upload/news/small/2427318.jpeg)









