“AFB Bank” mart ayında başladığı “AFB Bankda ilk kreditin” adlı kampaniyasının müddətini mayın 31-dək uzadıb.
FED.az xəbər verir ki, bu kampaniya “AFB Bank”ın ilk kredit müştərilərinə 0% komissiya ilə nağd pul krediti almaq fürsəti verir. Həmçinin rəsmi əmək haqqı və ya təqaüd alan hər kəs kreditlə bağlı xüsusi üstünlüklər qazanır. Kampaniya çərçivəsində illik faiz dərəcəsi 12.99%-dan başlayaraq 3-48 aylıq müddətə kredit sifariş etmək mümkündür.
Daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Məlumat üçün bildirək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.