Bank

“AFB Bank” yeni mobil tətbiqini - TƏQDİM ETDİ

“AFB Bank” yeni mobil tətbiqini - TƏQDİM ETDİ | FED.az
10:32 25 Avq 2020

Hər zaman müştərilərinə innovativ Bank xidmətləri təqdim edən AFB Bank yeni Mobil tətbiqini təqdim etdi.

Eləcə də bax: “AFB Bank”ın Sumqayıt filialı - YENİ ÜNVANDA

AFB Bankın müştəriləri sadə şəkildə qeydiyyatdan keçməklə, mobil tətbiqi istifadə edə bilər. Qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi və müxtəlif funksionallıqları ilə fərqlənən yeni Mobil tətbiq ənənəvi bankçılıqda olan bir çox əməliyyatı məsafədən, sürətli və dərhal yerinə yetirməyə imkan verir. Artıq Bankın müştəriləri hesabları, kartları, kredit və depozitlərini banka gəlmədən asanlıqla idarə edə bilərlər. Həmçinin yeni Mobil tətbiq vasitəsilə kommunal ödəniş və köçürmələrin həyata keçirilməsi, konvertasiya əməliyyatlarının aparılması,  kart və digər hesablara köçürmələrin edilməsi, kredit ödənişlərinin həyata keçirilməsi, ödəniş şablonlarının yaradılması mümkündür. Fiziki şəxslər üçün hazırlanmış yeni Mobil tətbiqi Google Play Store və ya Apple App Store-dan mobil telefona yükləmək olar.

Mobil tətbiqi aşağıdakı linklər və ya QR kod vasitəsilə birbaşa yükləmək də mümkündür.

No description available.

Play Store: https://play.google.com/store/apps/details?id=az.afbbank

App Store:  https://apps.apple.com/az/app/afb-bank/id1501308969

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Digər xəbərlər