“AFB Bank” yatırılan əmanətlər 80%-dan çox artıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında “AFB Bank”ın cəmi aktivləri 583 milyon 273 min manat olub. Bu ötən ilin sonu ilə müqayisədə 163 milyon 743 min manat və ya 39,69% çoxdur.
Bankın öhdəlikləri cari ilin 9 ayının nəticəsinə görə, 504 milyon 830 min manat təşkil edib. Bu da 2018-ci ilin yekunu ilə müqayisədə 174 milyon 888 min manat və ya 53% çoxdur.
Ötən ilin sonunda bankın kapitalı 87 milyon 588 min manat olub. Bu il bu göstərici 9 milyon 144 min manat və ya 10,44% azalaraq 78 milyon 443 min manat təşkil edib.
Müştərilərə verdiyi kreditlər və banka yatırılan depozitlər sürətlə artıb
Bankın müştərilərə veridiy kreditlər artıb. Belə ki, ötən ilin sonu ilə müqayisədə bankın bu il verdiyi kreditlər 90 milyon 312 min manat və ya 46,47% artıb. “AFB Bank” kreditləri daha çox biznes sahəsini verib.
Eləcə də bax:Qazanan və zərər edən banklar - MƏLUM OLDU - SİYAHI
Həmçinin bankda depozitlər də artıb. Belə ki, ötən ilin yekunu ilə müqayisədə banka yatırılan depozitlərin məbləği 180 milyon 745 min manat və ya 89,51% artaraq 382 milyon 656 min manat olub.
Bu il 9 ayında bankın faiz gəlirləri 20 milyon 987 min manat olub ki, bu da ötən ilin yekunu ilə müqayisədə 5 milyon 945 min manat və ya 22,07% azdır.
Faiz xərcləri isə hesabat dövründə 1 milyon 801 min manat olub. Bu də ötən ilin sonu ilə müqayisədə 379 min mnat və ya 17,88% azdır.
Bankın xalis faiz gəliri bu ilin 9 ayında 19 milyon 186 min manat olub. Bu ötən ilin yekunu ilə müqayisədə 5 milyon 566 min manat və ya 22,48% azdır. Ötən ilin sonu ilə müqayisədə bankın qeyri-faiz gəliri 226 min manat və ya 2,85% artaraq 8 milyon 159 min manat olub.
Həmçinin ötən ilin yekunu ilə müqayisədə bankın qeyri-faiz xərcləri də artıb. Belə ki, 2018-ci ilin sonu ilə müqayisədə bu ilin 9 ayında bankın qeyri-faiz xərcləri 488 min manat və ya 3,44% çoxalıb.
Bankın ümumilikdə 12 milyon 671 manat əməliyyat mənfəəti yaranıb. Bu məbləğin 8 milyon 286 min manatı məqsədli ehtiyatlara ayrıldığından bankın xalis mənfəəti 4 milyon 384 min manat təşki edib.