Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”-nın icrasını təmin etmək məqsədilə “AFB Bank” ASC xüsusi iş rejiminə başlayıb.
FED.az məlumat verir ki, rəhbərliyin qərarı ilə hal-hazırda bankda müştərilər və işçi heyətinin koronavirus infeksiyasından qorunması üçün bir sıra tədbirlər həyata keçirilir:
Bankın filiallarına daxil olan hər kəsin hərarəti yoxlanılır, eyni zamanda dezinfeksiyaedici gel və ya tibbi spirtlərdən istifadə etməsi xahiş olunur.
Bank əməkdaşları özlərinin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə tibbi maskalardan istifadə edirlər.
Tədbirlər planı çərçivəsində ezamiyyətlər təxirə salınıb, bank daxili və xarici bütün toplantılar yalnız online platformalar vasitəsilə həyata keçirilir. Evdən işləməsi mümkün olan bir çox işçilərin isə işə gəlmədən distant qaydada çalışması üçün şərait yaradılıb.
“AFB Bank” ASC müştərilərinə virus təhlükəsi ilə əlaqəli qeyri-nağd ödənişlərə üstünlük vermələrini və bankın İnternet Şöbəsinin imkanlarından faydalanmağı tövsiyə edir. İnternet şöbəsi həm fərdi, həm də fiziki şəxslərə evdən çıxmadan bütün bank xidmətlərindən fasiləsiz olaraq yararlanmaq imkanı verir.