“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Liebert 20 KVA UPS üçün akkumulyatorların satın alınması.
Tenderin elan tarixi: 13.05.2024
Tenderin son tarixi : 23.05.2024
Sifariş sayı: 40 ədəd 100 ah
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- iddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- tender təklifi 30.06.2024 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Akkumulyatorların UPS istehsalçısının tələblərinə uyğunluğu;
- Akkumulyatorların zəmanət müddəti;
- İstehsalçı ölkə və istehsalçı tərəfindən təyin edilmiş istismar müddəti (arzuolunan müddət 10 il )
- Akkumulyatorların banka təhvil verilmə müddəti;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır.Təklifdə ödəniş şərtləri, zəmanət müddəti və şərtləri, çatdırılma müddəti və vergi şərtləri qeyd edilməlidir. Təkliflər 23.05.2024- cü il tarixinə kimi imzalanmış və möhürlənmiş halda qapalı zərfdə poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərilməlidir.Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.